Tahir Tağızadə: “Azərbaycan dinamik inkişaflı vətəndaş cəmiyyəti və güclü demokratiya qurmağa dair özünə strateji yol seçib”

02:52 20 İyun 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 02:39 ]

Bakı. Faiq Mahmudov -APA. “Bir qrup hüquq müdafiəçisi və media qurumlarının qeyri-idman məsələləri ilə bağlı Azərbaycana qarşı əsassız ittihamları ilə üzləşməyimiz xoş təsir bağışlamadı”.

APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə deyib.

 

Azərbaycanın dinamik inkişaflı vətəndaş cəmiyyəti və güclü demokratiya qurmağa dair özünə strateji yol seçdiyini vurğulayan səfir bu seçimin tənqidçiləri razı salmaq məqsədi güdmədiyini deyib: “Bu Azərbaycanın maraqlarına tamamilə uyğun, düşünülmüş şəkildə seçilmiş bir yoldur”.

 

“Son bir neçə gün ərzində biz Azərbaycana qarşı sərt və qeyri-etik münasibətin şahidi olduq. Mən Azərbaycanla bağlı həqarətli və hörmətsiz ifadələr işlədən kütləvi informasiya vasitələrini pisləyirəm”, deyə səfir bildirib.

 

Konkret ittihamlara gəlincə isə T. Tağızadə  “The Guardian”ın idman müxbirinin akkreditasiyadan imtina etməsini misal gətirib: “Mən Bakı 2015 təşkilat komitəsinin daxili akkreditasiya proseduralarına əməl olunmasının vacibliyini vurğulamaq istəyirəm. Hər bir mətbuat orqanının akkreditasiya ərizəsinə ayrı-ayrılıqda baxılır və, akkreditasiya olunmamışdan öncə dəqiq ifadə olunmuş meyarlara uyğun olub-olmaması yoxlanılır. Bu da təəssüf doğuran haldır ki, bizim “Amnesty İnternational”a öz səfərlərinin tarixini bir az sonraya təxirə salınması ilə bağlı təklifimizi, onlar mediaya Azərbaycana girişlərinə qadağa qoyulması kimi çatdırdılar”.

 

İyun ayının 12-də Azərbaycanda Avropadan 6000-dən çox idmançının qatıldığı I Avropa Oyunlarının açılışı olduğunu qeyd edən səfir Tahir Tağızadə bu tədbirin Azərbaycan və Avropa əhalisi üçün çox böyük bir tədbir olduğunu vurğulayıb: “İlk Avropa Oyunlarını keçirməklə Azərbaycan növbəti oyunların keçirilməsi üçün yüksək standartların tərtib olunmasına dair öz üzərinə çox böyük məsuliyyət götürüb”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR