Con Makkeyn Dnepropetrovskdadır

Con Makkeyn Dnepropetrovskdadır
03:14 20 İyun 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ senatoru Con Makkeyn Ukraynanın Dnepropetrovsk şəhərinə səfər edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett Twitter səhifəsində paylaşıb.

 

“Senator Makkeyn və sizin rəhbərlik etdiyiniz nümayəndə heyəti Dnepropetrovsk şəhərinə xoş gəlmişsiniz. Bu ABŞ-ın Ukraynaya dəstəyinin nümayiş etdirilməsidir”, deyə məlumatda bildirilir.

 

Bir qədər sonra sosial şəbəkələrdə senatorun “Dnepr-1” alayının və alay komandiri Yuri Beryoza ilə şəkilləri yayılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR