Argentina millisinin sabiq üzvü vətəninə qayıdır

Argentina millisinin sabiq üzvü vətəninə qayıdır
04:06 20 İyun 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin sabiq futbolçusu Xavyer Saviola keryerasını ölkəsində davam etdirəcək.

ANS PRESS-in məlumatına görə, son mövsümü İtaliya “Verona”sında keçirən hücumçu “River Pleyt” klubundan təklif alıb.

1998-ci ildə futbolçu karyerasına “River Pleyt”də başlayan Saviolanın yenidən kluba dönüşü yaxın günlərdə rəsmiləşə bilər. Baş məşqçi Marselo Qalyardo millidən tanıdığı futbolçunu komandasında görmək istəyir. Ötən mövsüm A seriyasında 15 oyuna çıxan argentinal hücumçu 1 qol vurub.

Qeyd edək ki, Saviola karyerası ərzində “Barselona”, “Monako”, “Sevilya”, “Real”, “Benfika”, “Malaqa” və “Olimpiakos” klublarında çıxış edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR