x
Loading...
.

Azərbaycanda polis olmaq şərəfi

Azərbaycanda polis olmaq şərəfi
03:06 20 İyun 2015
79 Digər
Ölkə mətbuatı
A- A+
.

Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24.607 cinayət qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, onların 91 faizini və ya 22.297-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.

Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, 14 faizi ağır və xüsusilə ağır növlər olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması da müsbət nəticələr verib və 2013-cü illə müqayisədə ötən il 46,5 faiz çox və ya 416, o cümlədən 69,5 faiz çox, yaxud 104 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

Əməliyyat planlarının vaxtında tətbiqi və “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlərlə 1.223 cinayət “isti izlərlə” açılıb. Ümumiyyətlə baş verən cinayətlərin 80-90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir.

Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Və bu da o həqiqətin göstəricisidir ki, ilk Avropa Oyunları ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkədə ictimai təhlükəsizlik etibarlı qorunur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR