Şəmkirdə “Kamaz” və “Ural” markalı yük maşınları, Yevlaxda "Mercedes" markalı minik avtomobili yanıb

04:17 20 İyun 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 04:12 ]


Bakı-APA. Ötən gün axşam saatlarında Şəmkirdə və Yevlaxda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Səməd Vurğun qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin  yanar hissələri, avtomobilin banına yığılmış 10 ton ot bağlamasının 3 tonu, yaxınlıqda olan “Ural” markalı yük avtomobilinin təkərləri və kabinəsi yanıb. Ot bağlamasının və “Ural” markalı yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Yevlax rayonu, Aran qəsəbəsində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR