Şəmkirdə “Kamaz”, Yevlaxda “Mercedes” yandı

Şəmkirdə “Kamaz”, Yevlaxda “Mercedes” yandı
05:06 20 İyun 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında Şəmkir və Yevlax rayonlarında yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Halar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayon mərkəzindən 7 km aralı yerləşən Səməd Vurğun qəsəbəsində vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinin yanar hissələri, avtomobilin banına yığılmış 10 ton ot bağlamasının 3 tonu, yaxınlıqda olan “Ural” markalı yük avtomobilinin təkərləri və kabinəsi yanıb. Ot bağlamasının və “Ural” markalı yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsində isə Yevlax rayonu mərkəzindən 13 km aralıda yerləşən Aran qəsəbəsində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=352003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR