Dmitri Ovçarov: Ölkənizə yenidən gəlmək və mətbəxinizlə daha yaxından tanış olmaq istəyirəm

Dmitri Ovçarov: Ölkənizə yenidən gəlmək və mətbəxinizlə daha yaxından tanış olmaq istəyirəm
06:08 20 İyun 2015
53 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Flora Şükürova, AZƏRTAC
“Üçüncü setdən sonra bir anlıq həyəcanlandım və görüşü uduzacağımı düşündüm. Lakin sonradan özümə olan inamımı qaytararaq qalib gəlməyi bacardım. Birinci Avropa Oyunlarında qızıl medal qazandığım üçün çox xoşbəxtəm”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa Oyunlarında qızıl medal qazanan almaniyalı stolüstü tennisçi Dmitri Ovçarov deyib.
Almaniyalı atlet Azərbaycana “Bakı-2015”-in beynəlxalq idman elçisi kimi gəlməkdən məmnun olduğunu, Oyunların yüksək səviyyədə təşkil edildiyini və idmançılar üçün hər cür şəraitin yaradıldığını bildirdi. O, xüsusilə Azərbaycan mətbəxinin təamlarının çox dadlı olduğunu və həyat yoldaşı ilə birlikdə yenidən ölkəmizə gələrək, mətbəximizin müxtəlif nümunələrindən dadmaq və respublikamızla daha yaxından tanış olmaq niyyətində olduğunu vurğuladı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dmitri_Ovcharov_Olkenize_yeniden_gelmek_ve_metbexinizle_daha_yaxindan_tanis_olmaq_isteyirem-865506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR