Suala əsəbləşən din xadimi: gətirin onu döyüm VİDEO

Suala əsəbləşən din xadimi: gətirin onu döyüm VİDEO
06:11 20 İyun 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin özəl tele klanallarından birində tamaşaçının canlı efirdə telefonla verdiyi sual din xadimini əsəbləşdirib. ANS PRESS-in məlumatına görə, hadisə “Ömər Döngəloğlu ilə sahur vaxtı” proqramının yayımı vaxtı baş verib. Proqrama zəng vuran şəxs, “Arvadımla yaxşı dava elədim və əsəbləşərək ona 3 dəfə boş ol dedim. Nə edə bilərəm?” – deyə sual verib.

Tamaşaçıya kəskin cavab verən din alimi Cavad Akşit arvadla yaxşı dava olmaz, yaxşı dava Çanaqqalada olub – deyə cavab verib:

“Belə aşiq olurlar, evlənirlər. bəzisi də qız qaçırır. Sonra da hirslənir, 9 talaqla boşadım deyir. Döyülməlidir bunlar. Bu kişi gəlsin heç kimin olmadığı yerə, sən də mənə sınmayan palıd dəyənəyi gətir. Yaxşıca döyüm onu. Belə demək olar?” – sözləri ilə Cavad Akşit hər kəlməbaşı boşananlara kəskin etirazını bildirib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=352011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR