Neftin dünya bazarlarında qiyməti qismən düşüb.
ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb.
Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.84 dollar (1.39%) azalaraq 59.61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 1.24 dollar (1.93%) ucuzlaşaraq 63.02 dollar olub.