Bakı-2015: Azərbaycan boksçusu Salman Əlizadənin 1/4 finaldakı rəqibi bəlli olub

Bakı-2015: Azərbaycan boksçusu Salman Əlizadənin 1/4 finaldakı rəqibi bəlli olub
07:37 20 İyun 2015
101 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 07:22 ]


Bakı-APA. Bakı-2015 Avropa Oyunlarında Azərbaycan boksçusu Salman Əlizadənin rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində rinqə çıxacaq Avropa çempionumuz 1/4 final mərhələsində irlandiyalı Brendan İrvinle qarşılaşacaq.

 

İrvin 1/8 finalda bolqarıstanlı Tinko Banabakovu məğlub edib - 3:0. İrlandiya komandası Avropa Oyunlarından öncə Bakıda təlim-məşq toplanışı keçdiyindən hər iki boksçu bir-birini yaxşı tanıyır.

 

Əlizadə - İrvin qarşılaşması iyunun 22-i saat 13.30-da keçiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR