Şirkət direktoru barəsində cinayət işi açılıb

14:02 21 Yanvar 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 13:56 ]


Bakı. Fuad Cəfərov -APA. Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi Rayon Polis İdarəsində araşdırılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun APA-ya daxil olan birgə məlumatında bildirilib. Məlumata görə, aparılan araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri  işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Bakı şəhər Baş Polis İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR