Braziliyada yerli əhaliyə qarşı cinayətlərin sayı kəskin artıb

08:13 20 İyun 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Braziliyada yerli xalqlara qarşı zorakılıq hallarının sayı kəskin artıb. 2014-cü ildə 138 yerli hindu öldürülüb, 135 nəfər isə intihar edib.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat katolik kilsəsinə bağlı olan Yerli Xalqların Missioner Şurasının (CİMİ) illik hesabatında yer alıb.
Hesabatda bildirilir ki, 2013-cü il ilə müqayisədə hinduların ölümü ilə nəticələnən cinayətlərin sayı 42 faiz artıb. Yerli əhali arasında intihar edənlərin sayı isə son 29 ildə ən yüksək səviyyəyə çatıb.
Həmçinin vurğulanır ki, yerli əhali tibbi yardımın olmamasından və hüquqlarının kobud şəkildə pozulmasından da əziyyət çəkir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Braziliyada_yerli_ehaliye_qarsi_cinayetlerin_sayi_keskin_artib-865508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR