Ramana qəsəbə sakininə bıçaqla xəsarət yetirmiş Özbəkistan vətəndaşı tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 16-da Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədov və İbrahim Əliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Bu barədə verilmiş məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.
Milli.Az