Nigar Camal Bodrumda hansı məşhurla yaxalandı? (FOTO)

Nigar Camal Bodrumda hansı məşhurla yaxalandı? (FOTO)
09:36 20 İyun 2015
319 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə mətbuatı 2011-ci "Eurovision" mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən (Eldar Qasımovla birlikdə) müğənni Nigar Camal (Nikki) haqqında eşq iddiaları yayıb.

ANS PRESS-in məlumatına görə, hazırda ən məşhur istirahət məkanlarından olan Bodrumda dincələn müğənni Türkiyə mətbuatında haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Bakı-2015" Avropa Oyunlarının badminton idman növü üzrə "Ulduz Elçi"si seçilən cazibədar müğənni Nikki aktyor Boğaç Aksoyla bir yerdə çəkilmiş fotoşəkillərini sevgi münasibəti kimi qələmə verən jurnalistləri tənqid edib və xəbəri əsassız sayıb.

“Qəzet və saytlarda Boğaç Aksoyla çıxan xəbərlərim doğru deyil. Bir dəqiqəlik söhbət əsnasında çəkilmiş şəkillərimdən hazırlanan eşq xəbərlərinə görə məyus oldum”, – deyə müğənninin mətbuata açıqlamasında bildirilir.

Qeyd edək ki, son olaraq müğənni Berksanla duet mahnısını təqdim edən Nikkinin onunla da eşq münasibətlərində adı hallanmışdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=351997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR