Bakı çimərliyində təşviş

Bakı çimərliyində təşviş
09:42 20 İyun 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir nəfər özünü öldürmək istəyib.

Anspress-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat verilib.

Daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola, nəzarətsiz əraziyə xilasedicilər göndərilib.

İntihar etmək məqsədilə özünü dənizə atmış 1 nəfər dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Onu aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 01:15-də başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/351550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR