İtən təyyarədən xəbər var

İtən təyyarədən xəbər var
09:05 20 İyun 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk ərazisində içərisində 9 sərnişinlə itən "An-2" təyyarəsi barədə yeni məlumat yayılıb.

Anspress-in məlumatına görə, Krasnoyarsk ərazisində itdiyi vurğulanan "An-2" təyyarəsinin sərnişinləri və ekipaj üzvləri sağ-salamatdır. Bu barədə TASS xəbər agentliyi bildirir.

"Hazırda özəl aviaşirkətlərdən birinə məxsus An-2 təyyarəsindəki insanların təxliyyəsi aparılır. Hadisənin təffərrüatları daha sonra məlum olacaq", - deyə FHN-in açıqlamasında bildirilir.

Xatırladaq ki, təyyarə ötən gün Moskva vaxtı ilə 16:00-dan etibarən yoxa çıxmışdı. Təyyarənin tapılması üçün operativ qərargah yaradılmış və axtarış əməliyyatına 90 nəfərdən çox xilasedici cəlb olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR