"Rusiyaya qarşı sanksiyalar, əslində, quldurluq əməlidir"

"Rusiyaya qarşı sanksiyalar, əslində, quldurluq əməlidir"
10:27 20 İyun 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Qərbin Rusiyaya qarşı sanksiyaları - gec-tez son qoyulmalı qeyri-qanuni, quldurluq əməlidir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib.

"Sanksiyalar pislikdir, çünki onlar beynəlxalq əməkdaşlığı, beynəlxalq iqtisadi əməkdaşlıq mühitini zəhərləyir. Onlar gec-tez tamamilə üzərimizdən götürülməlidir. Sanksiya adlandırılan bu cür əməllər qeyri-qanuni, mən hətta deyərdim ki, quldurluq əməlləridir", - deyə Narışkin "Rossiya 24" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ziyan vuran, hüquqa zidd əməllərdir, lakin bununla belə, onlar aqrar və sair idxalı əvəzləyən sahələrin inkişafına təkan verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR