Yaponiyanın xarici işlər nazirinin müavini ilə BDU-da olub

14:07 21 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 14:02 ]


Yaponiyanın xarici işlər nazirinin müavini ilə BDU-da olub


Bakı - APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Abel Məhərrəmov BDU-da yapon dilinin tədrisindən, iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafından söz açıb. Bildirilib ki, artıq 15 ildir universitetdə yapon dili ixtisası üzrə qəbul aparılır. Həmçinin hər il universitetdə yapon dili üzrə müsabiqə keçirilir.


BDU-da yapon dilinin yüksək səviyyədə tədris olunduğunu diqqətə çatdıran rektor universitetdə təhsilin bakalavr və magistr səviyyələrində mütəxəssislərin hazırlandığını qeyd edib. Vurğulanıb ki, BDU Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir.


Akademik iki dövlət arasında parlamentlərarası əlaqələrdən də söz açıb, Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.


Minoru Kiuçi BDU-da yapon dilinin tədrisindən məmnun qaldığını bildirib, iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. Yaponiyalı qonaq gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR