Bakıda möcüzə zavodu açılır

Bakıda möcüzə zavodu açılır
09:41 20 İyun 2015
191 Digər
Ölkə mətbuatı
A- A+

İranın Qırmızı Aypara Cəmiyyətinin Tibbi Təchizat Təşkilatı Azərbaycanda bitki ekstraktlar və yağları istehsalı zavodu açmağı planlaşdırır. Müəssisədə 3 çeşiddə (ekstraktlar, krem və çaylar) məhsul istehsal olunacaq. İstehsal olunan məhsulların gələcəkdə xaricə ixrac olunması da planlaşdırılır. Bundan əlavə, zavod əsasən Azərbaycanda və qonşu ölkələrdə dərman preparatları istehsal edən digər zavodları lazımi xammal ilə təmin etmək gücündə olacaq.

Tibbi ekspertlər bu təşəbbüsü müsbət qarşılayır, bunun reallaşdırılmasının ölkəmiz üçün faydalı olacağını düşünürlər. Onların fikrincə, bitki tərkibli dərmanların ölkəmizdə istehsal olunması çox faydalıdır. Bu, həm həm yeni istehsal sahəsinin yaranması, yeni iş açılması, həm də bu sahəyə marağın artmasıa təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycan dədə-babalarımızın vaxtilə istifadə etdikləri, min dərdin dərmanı sayılan bitkilərlə zəngindir. Xammal kimi bu bitkilərdən istifadə xaricdən gətirilən, tərkibi o qədər də bilinməyən, kimyəvi maddələrdən hazırlanan dərmanların azalmasına, dərman preparatlarının qiymətinin aşağı düşməsinə səbəb ola bilər.

İranın Qırmızı Aypara Cəmiyyətinin Bakı nümayəndəliyindən ANS PRESS-ə bildirilib ki, bu məsələ gündəlikdə saxlanılır. Tehranda bitki dərmanları istehsalı ilə məşğul olan zavod mövcuddur. Onun rəhbərliyi Azərbaycan nümayəndələri ilə görüşlər keçirib və belə bir təşəbbüslə çıxış edib ki, burada müəssisə yaradılsın. Təbii ki, indi Azərbaycan inkişaf edir, burada hər cür şərait var. Ona görə həmin zavodun burada da yaradılması faydalı olar. Məqsəd kimyəvi tərkibli deyil, bitki tərkibli dərman preparatlarının istehsalıdır. Azərbaycanın çox gözəl təbiəti var, zəngin landşafa malikdir. Burada həm xammal, həm də istehsalat baxımından çox gözəl imkan mövcuddur.

İndi xəstələnən insanlar kimyəvi tərkibli dərmanlardan istifadə etmək istəmirlər. Amma bəzən buna məcbur olurlar, çünki alternativ yoxdur. Amma alternativlik olsa, insanlar bitkidən hazırlanan dərman vasitələrinə üstünlük verəcəklər. Bakıda istehsalı nəzərdə tutulan dərmanlar əsasən mədə-bağarsaq, böyrək, burun-boğaz, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olunacaq. Zəngin tərkibli xüsusi çaylar da hazırlanacaq. Bu, İranda özünü doğruldub.

İstehsal olunacaq dərman maddlərinin beynəlxalq standartlara uyğunluğuna gəlincə, İran müəssisəsi beynəlxalq lisenziyaya sahibdir. Müvafiq dövlət orqanlarının lisenziyası əsasında Bakıda fəaliyyət göstərəcək istehsal müəssisəsinin məhsullarının beynəlxalq standartları olacaq. Bu məsələnin reallaşdırılması üçün yaxın aylarda İrandan Azərbaycana xüsusi nümayəndə heyəti gələcək.

Bir müddət əvəl İranın "Soha Jissa" bitki ekstraktları və yağları istehsalı şirkətinin rəhbəri Arəş Seyyid Salehi bildirib ki, şirkət Azərbaycanda nümayəndəliyini açmağı planlaşdırır. Azərbaycanda əsasən, ekstraktlar, krem və çaylar istehsal ediləcək. Gələcəkdə, istehsal etdiyimiz məhsulları xaricə ixrac etməyi planlaşdırırıq.

Bir sözlə, bu sahədə müəssisənin yaranması həm yenilik olacaq, həm də dövlət səviyyəsində əməklfdaşlığın inkişafına xüsusi töhfə verəcək. Əminki ki, ilin sonuna kimi bu sahədə müsbət nəticələr əldə olunacaq. Hazırda İranda zavod ekstraktların istehsalı və satışı sahəsində ölkə bazarının 70 faizini təmin edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=350633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR