Azərbaycan və erməni boksçuları rinqdə münasibətlərinə aydınlıq gətirəcəklər

Azərbaycan və erməni boksçuları rinqdə münasibətlərinə aydınlıq gətirəcəklər
10:48 20 İyun 2015
144 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.

Trend-in məlumatına görə, bu gün Azərbaycan yığmasının 2 boksçusu rinqə çıxacaq. 52 kq çəkidə millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib. Boksçumuz saat 14:15-də rinqə çıxacaq.

60 kq çəkidə WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. İdmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR