Millimizin rəqibi "Yuventus"a keçir

Millimizin rəqibi "Yuventus"a keçir
10:52 20 İyun 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Mario Mandzukiç "Yuventus"a keçir.

Anspress-in məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Atletiko" хorvatiyalı ulduzunu Turin klubuna 15 milyon avroya satmağa razılıq verib. Mandzukiçin gələn həftə tibbi müayinədən keçərək 4 illik müqavilə imzalayacağı iddia olunub.

Qeyd edək ki, Mario Mandzukiçin çıхış etdiyi Xorvatiya millisi AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibidi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR