Bakının yeni pulsuz nəqliyyatı (FOTO)

Bakının yeni pulsuz nəqliyyatı (FOTO)
11:06 20 İyun 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakı bulvarına 4 yeni gətirilən ekspress qatarları istifadəyə verilib.

ANS PRESS-in məlumatına görə, qatarlar 12 iyun tarixindən fəaliyyətə başlayıb. Almaniyadan gətirilən “Mercedes” markalı bu qatarlarla hərəkət etmək böyük zövq verir.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, ekspress qatarlar “Bakı su idman mərkəzi” ərazisində “Bulvar Oteli” istiqamətində hərəkət edir. Onun sözlərinə görə, qatarlarda istifadəçilərin rahatlığı üçün bütün şərait var.

“Qatarlar 3 vaqondan ibarətdir. İçərisində kondisioner, isitmə sistemi var. Vaqonun bütün nöqtələrinə müşahidə kameraları quraşdırılır”, - deyə Nazim Məcidov bildirib.

Qatarlara biletin qiyməti 2 manatdır. Amma Avropa oyunlarına biletləri olan şəxslərdən, yarışlarda iştirak edən və Avropa Oyunları vəsiqəsi olanlardan gediş haqqı alınmır.

Yeni qatarlar səhər saat 9:00-dan gecə 01:00-a qədər fəaliyyət göstərir.


























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=352038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR