Ermənistanda elektrik enerjisinin bahalaşmasına etiraz olaraq kütləvi aksiyalar başlayıb

11:22 20 İyun 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 11:21 ]

Bakı. Faiq Mahmudov – APA. İrəvanda elektrik enerjisinin bahalaşması əleyihinə kütləvi etiraz aksiyaları başlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, iyunun 19-da İrəvanın "Azadlıq" meydanında “Talana yox!” şüarı altında keçirilən etiraz aksiyasına xeyli insan toplaşıb.

 

Əhalinin meydandan çəkilmədiyini görən polis aksiya iştirakçılarına saat 23:00-ə qədər icazə verildiyini xatırladıb. “Sizə verilən vaxt başa çatdıqdan sonra aksiya qanunsuz xarakter daşıyacaq. Lakin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun” pozmamaq şərti ilə aksiyanı davam etdirməyə icazə verilir”, - deyə İrəvan polisi rəisinin müavini Valeri Osepyan bildirib.

 

O, qanun pozuntusuna yol veriləcəyi təqdirdə, etirazçılara güc tətbiq olunacağı barədə xəbərdarlıq edib.

 

Qeyd edək ki, aksiyaya çağırışı Ermənistanın “Respublika” partiyası və “Nairit” zavodunun əməkdaşları edib. Meydana toplaşanlar arasında həmçinin "Təsis parlamenti”nin üzvləri də var.

 

Aksiyanın gedişində "Talana yox!" təşəbbüsünün fəalları gözlənilmədən üç günlük oturaq nümayiş elan ediblər.

 

Onlar bildiriblər ki, iyunun 22-si saat 19.00-dək elektrik enerjisinin qiyməti endirilməsə, nümayişçilər Prezident sarayına yürüş edəcəklər.

 

Xatırladaq ki, Ermənistanda elektrik enerjisi 16% bahalaşıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR