Bakı-2015: Azərbaycanın çimərlik üzrə voleybolçuları mübarizəni dayandırıb

11:27 20 İyun 2015
60 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 11:23 ]


Bakı-APA. “Bakı-2015” I Avropa Oyunlarının çimərlik voleybolu yarışları davam edir. Apasport.az saytının məlumatına görə, kişilərin yarışında 1/8 final mərhələsinin oyunları keçirilir.

 

Mübarizəni davam etdirən yeganə Azərbaycan cütlüyü olan Neylton Santos və Yaroslav Rudik bu mərhələdə oyunlarını keçiriblər. Təmsilçilərimiz Martins Plavins - Haralds Reqzadan ibarət Latviya komandası ilə üz-üzə gəliblər. Gərgin keçən mübarizə millimizin 1:2 hesablı (22:20, 16:21, 13:15) məğlubiyyəti ilə nəticələnib. Bununla sonuncu komandamız da mübarizəni dayandırıb.

 

Qeyd edək ki, buna qədər Azərbaycanın digər təmsilçisi Bernardo Romano - Leonid Qritsay cütlüyü, həmçinin qadınların yarışında iştirak edən Vivyan Kunya - Zinaida Lyubimova və Yuliya Kərimova - Rakel Ferreyra cütlükləri də mübarizəni erkən dayandırmışdılar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR