R.Abdullayev: “Abşeron yatağının işlənməsi layihəsi üzrə yekun investisiya qərarı 2016-ci ildə qəbul ediləcək” - FOTO

R.Abdullayev: “Abşeron yatağının işlənməsi layihəsi üzrə yekun investisiya qərarı 2016-ci ildə qəbul ediləcək” - FOTO
11:27 20 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 11:22 ]


Bakı. Musa Əhmədov – APA-Economics. “Abşeron” yatağının işlənməsi layihəsi üzrə yekun investisiya qərarı 2016-cı ildə qəbul ediləcək.

 

APA-Economics”in “Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hazırda Total şirkəti yekun investisiya qərarının hazırlanması üzərində işləyir: “Yataqda ilk qaz hasilatı 2020-2021-ci illərə təsadüf edəcək. İllik hasilat təxminən 5 milyard kubmetr qaz təşkil edəcək. Daha dəqiq rəqəm gələn il məlum olacaq”.

 

Qeyd edək ki, SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın ehtiyatları 150-300 mlrd. kubmetr qaz təşkil edir.

 

Xatırladaq ki, “Abşeron” yatağının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə müqavilə 2009-cu ilin fevralında imzalanıb. Müqaviləyə əsasən, SOCAR və Total hərəsi 40%, GDF Suez isə 20%-lik paya malikdir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR