Aparıcıdan etiraf: "Anama 12 il xala demişəm"

Aparıcıdan etiraf: "Anama 12 il xala demişəm"
14:16 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“TV8”-də yayımlanan “Hülya Avşar Şou”nun qonağı olan aparıcı Burcu Əsmərsoy şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, aparıcı 22 il ailəsindən uzaq yaşadığını deyib:

“Nənəm və babamla qalırdım. Anama12 il xala demişəm. Yıxılanda “Ay ana” yox, “Nənə” deyib ağlayırdım. Bəlkə də Burcu Əmərsoy olmağımın əsas səbəbi də bəlkə elə ata-ana sevgisindən məhrum böyüməyimdir”.

B.Əsmərsoy H.Avşarın “Bəlkə bu səbəbdən münasibətlərin uzun sürmür” sualına belə cavab verib:

“İki dəfə aşiq olmuşam. Birində ayrıldıqdan sonra 5 il əziyyət çəkdim. Məni dünyadakı yeganə qadın kimi hiss etdirən kişi qəlbimi ələ ala bilər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR