Polis iki nəfəri sənədsiz silahla tutdu

14:17 21 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran və Cəlilabad rayon sakinlərindən müvaviq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Şükür Əliyevdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 patron götürülüb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bəcrəvan kənd sakini Rahat Babayevdən müvafiq sənədləri olmayan 1 ədəd nomrəsi silinmiş ov tüfəngi götürülüb.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR