İctimai iaşə dövriyyəsinin həcmi 372 milyon manatdan çox olub

İctimai iaşə dövriyyəsinin həcmi 372 milyon manatdan çox olub
10:43 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 372,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 152,7 milyon manata çatıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ictimai_iase_dovriyyesinin_hecmi_372_milyon_manatdan_chox_olub-865538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR