Azərbaycanda qəlyan qadağan oluna bilər

Azərbaycanda qəlyan qadağan oluna bilər
14:21 21 Yanvar 2015
187 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan oluna bilər.

Axşam.az-ın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək.

Millət vəkilinin sözlərinə görə, təəssüflər olsun ki, son vaxtlar Azərbaycanda, xüsusən də Bakıda sulu qəlyanın istifadəsi çox geniş yayılıb və gənclərin çoxu ona meyil edirlər:

“Amma onun çox böyük mənfi təsirləri var. Həm insanın orqanizmini, həm ətrafdakıları zəhərləyir. Eyni zamanda, gigenik qaydalara fikir verilmədiyi halda ağız vasitəsilə infeksiyanın bir şəxsdən digər şəxsə ötürülməsi qorxusu var. Bir sözlə, istənilər infeksion xəstəliyin yoluxmasına gətirib çıxarır”.

M.Quliyevin sözlərinə görə, sulu qəlyanın doğurduğu ən böyük təhlükədən biri də odur ki, ondan istifadə nəticəsində asılılıq, narkomaniyaya meyillilik yaranır:

“Bununla bağlı məsələ qaldıracağam ki, Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan olunsun. Bəziləri deyirlər ki, guya bu faydalı otlardan hazırlanır, amma belə deyil”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR