20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanalları vasitəsilə bütün dünyaya yayımlanıb

14:22 21 Yanvar 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 14:16 ]


Bakı - APA. 20 Yanvar faciəsinin 25-ci ildönümündə TRT kanalları ənənəsinə sadiq qalaraq, Azərbaycan xalqının bu acılı və qürur gününü bütün dünyaya duyurub.

 

APA-nın xəbərinə görə, TRT Bakı Təmsilçiliyi 20 Yanvar gününü müstəqillik, azadlıq uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş iki saatlıq canlı yayım, proqram, klip və qısa metrajlı filmlərlə dəstək olub.

 

20 Yanvar anım mərasimləri TRT 1, TRT HABER, TRT TÜRK, TRT AVAZ kanallarında gün boyu yad edilib. TRT AVAZ-da yayımlanan “Yeni Gün” proqramı İTV kanalı ilə ortaq canlı bağlantılar və körpülər təşkil edib, “Dünya Bülteni” proqramı 50 Dəqiqə və TRT Bakı Təmsilçiliyinin hazırladığı 45 dəqiqəlik özəl proqramlarla 2 saatlıq canlı yayımlar həyata keçirib.

 

TRT Bakı Təmsilçiliyinin rəhbəri Yıldıray Arslan bütün bu canlı bağlantıların ərsəyə gəlməsində yüksək peşəkarlıq göstərən AzTV, İTV və TRT AVAZ kanallarının əməkdaşlarına təşəkkür edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR