Bu kişi plastik cərrahiyyə narkomanıdır - FOTO

Bu kişi plastik cərrahiyyə narkomanıdır - FOTO
14:22 21 Yanvar 2015
872 Maraqlı
Ölkə mətbuatı
A- A+

Barbi oyuncaqlar dəstində "Barbinin sevgilisi" kimi tanıdılan Kenə bənzəməyə çalışan və bu səbəbdən də "Canlı Ken" adlandırılan Castin Cedlik yeni plastik cərrahiyyə əməliyyatına hazırlaşır.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, Nyu-York şəhərinin sakini, 34 yaşlı amerikalı C.Cedlik "canlı Ken" olmaq istəyi ilə indiyədək 190 plastik cərrahiyyə əməliyyatına məruz qalıb.
 
Fəqət o, yenə narazıdır.
Castinin dediyinə görə, alnındakı venalar onu narahat edir.
 
"Aktrisa Culiya Robertsdə olduğu kimi, alnımda üç vena damarı şişib. Məni çox eybəcər, kifir göstərir. Bunun üçün əməliyyat olunacağam, o damarları kəsdirəcəyəm. Plastik cərrahiyyə narkomanı olduğumu anlayıram. Amma nə edim: gözəllik qurban tələb edir", - C. Cedlik deyib.
Cedlikin sözlərinə görə, plastik cərrahiyyə əməliyyatlarına indiyədək 220 min dollar xərcləyib.
 
Milli.Az
 














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR