Milli.Az-ın səsini eşitmədilər, balanın gözləri qarşısında ana vuruldu - VİDEO

Milli.Az-ın səsini eşitmədilər, balanın gözləri qarşısında ana vuruldu - VİDEO
12:17 20 İyun 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Səsimizi yenə eşitmədilər, xəbərdarlığımızı qulaqardına vurdular. Axı bunu yazmışdıq və demişdik ki, məmur laqeydliyi və sürücü mədəniyyətsizliyi insanların həyatına təhlükə yaradır. Yazdıqdan sonra yolda problem qismən həll olundu, piyada zolağı rəngləndi, sonra isə "uğurla" unuduldu.

Söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki həyati təhlükədən gedir. Yazmışdıq ki, orada piyada zolağından keçmək istəyən piyada hər an həyatla vidalaşa bilər. Heç bir sürücü onlara yol vermir və yüksək sürətlə ötüb keçir, irad bildirəndə isə "zebra"nın silindiyini bəhanə edir. 

Ərazidə xidmət aparan yol polisi isə yaxınlıqdakı dairədə dayanaraq özlərinə sərfəli qayda pozuntularını görüb cərimələsələr də, piyadaların həyatı bahasına başa gələcək qayda pozuntularını, hələ də, "görmürlər". 
Nəticədə ehtimal edilən bədbəxtlik bu gecə yaşandı. Elə həmin küçədə, silinmiş piyada zolağında qadını maşın vurdu. "Tofaş" markalı avtomobil azyaşlı balası ilə yolu keçən ananı vurub. Dəhşətli hadisə 7 yaşlı uşağın gözləri qarşısında baş verib. Hadisə şahidləri qadının sağ olduğunu, ancaq ağır bədən xəsarəti aldığını deyirlər. 

Xatırladaq ki, Yavər Əliyev küçəsi, bəlkə də, Bakının ən çox yol polisi xidmət aparan küçələrindən biridir. Nə yazıq ki, yol polisinin əsas məqsədi hərəkətin təhlükəsizliyini yox, sürücüləri cərimələməyə hesablanıb. Gecə saatlarında həmin küçədəki dairədə dayanan yol polisi cüzi səhv edən sürücünü  saxlayaraq cərimələyir, ancaq həmin küçədə yaşayış sahəsində sürətlə şütüyən maşınları, piyadalar üçün zolağın silinməsini, aşmış yol nişanını görmür. Sanki, asan qazanc yeri seçiblər. Yol polisinin qazanc məqsədli "reyd"lərini qısa zamanda oxuculara təqdim edəcəyik. 

Anar Məmmədov
Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/351605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR