İrəvan küçələrində etiraz çadırları quruldu (FOTO)

İrəvan küçələrində etiraz çadırları quruldu (FOTO)
12:21 20 İyun 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

İrəvanda yenə aləm bir-birinə dəyib, vəziyyət gərginləşib, etiraz aksiyasının iştirakçıları küçələrə axışıb, hətta gecəni burada keçiriblər.

ANS PRESS-in məlumatına görə, etirazçıların gücünü görən polis bu dəfə onları dubinkalamayıb, əksinə, müəyyən şərtlər daxilində gecəni İrəvan küçələrində çadırlarda gecələməyə icazə verib.

İrəvanın Polis İdarəsi rəisinin müavini Valeri Osipyan bildirib ki, gecə saat 23:00-dən sonra etiraz edənlərin bütün hərəkətləri qanunsuzdur. O, aksiya təşkilatçılarına əhalini bu addımdan çəkindirməyə çağırıb: "Sizin yığıncağınız qanunsuz xarakter daşıyır. Səlahiyyətli orqana müraciət etdiniz və saat 23:00-dək etiraz aksiyasını keçirməyə razılıq aldınız. Buna əməl etməlisiniz. Əks təqdirdə polis bütün qanunu pozanlara qarşı sərt davranmaq məcburiyyətində qalacaq. Təşkilatçılardan ictimai asayiş qaydalarına maksimal riayət etmək tələb olunur. Sizə çadır qurmağa icazə verilmir. Əks təqdirdə etiraz aksiyası güc yolu ilə dağıdılacaq."

Lakin, Osimpyanın bu sözlərinin heç bir mənası olmayıb və sakinlər fikirlərində ciddi olduqlarını bəyan ediblər. Onlar üçgünlük oturaq nümayişi keçirməyə qərar veriblər, tələblərinin yerinə yetirilməməsi halında etirazçılar bazar ertəsi Serj Sarkisyanın oturduğu Prezident Administrasiyasının binasına yollanmaq niyyətindədirlər.

Məlumdur ki, İrəvanda Taarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.

Əslində, ölkə hakimiyyəti yenə biclik işlətməyə çalışıb. Yəni Taarif Şurasının bu qərarı ilə əhalinin könlünü almağa çalışıb. Amma əhali verilən qərarı məqbul saymayıb və etiraz dalğasının daha da yüksələcəyi ilə bağlı bəyanat veriblər.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR