Rövnəq Abdullayev: “TANAP qaz kəmərində boruların qaynaq işlərinə iyul ayında başlamaq planlaşdırılır”

Rövnəq Abdullayev: “TANAP qaz kəmərində boruların qaynaq işlərinə iyul ayında başlamaq planlaşdırılır”
12:23 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Laçın Sultanova, AZƏRTAC
Türkiyə ərazisindən keçəcək Transanadolu qaz kəmərində (TANAP) boruların qaynaq işlərinə iyul ayında başlamaq planlaşdırılır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu barədə Rusiyanın Şimal paytaxtında jurnalistlərlə söhbətində məlumat verib.
Hazırda Peterburq Beynəlxalq İqtisadi Forumu-2015 tədbirində iştirak edən SOCAR prezidenti onu da bildirib ki, həm TANAP layihəsinin həyata keçirilməsi, həm də Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi ilə bağlı tədbirlər cədvəli qabaqlamaqla aparılır.
TANAP layihəsinə əsasən, Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə qədər nəql edilməsi nəzərdə tutulur. TANAP boru kəmərinin ilkin buraxıcılıq qabiliyyəti ildə 16 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Bu qazın təqribən altı milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya nəql ediləcək. Türkiyə artıq 2018-ci ildə bu kəmərdən qaz alacaq. Transadriatik qaz kəmərinin (TAP) tikintisi başa çatandan sonra isə, yəni təqribən 2020-ci ilin əvvəlində qaz Avropaya daxil olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rovneq_Abdullayev_TANAP_qaz_kemerinde_borularin_qaynaq_islerine_iyul_ayinda_baslamaq_planlasdirilir-865556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR