Çökən körpü təmir edilib

Çökən körpü təmir edilib
12:24 20 İyun 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş körpü Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən qısa müddət ərzində bərpa edilərək, yenidən sürücülərin ixtiyarına verilib. Lent.az “Azəryolservis”ASC-yə istinadən xəbər verir ki,  aparılmış əsaslı təmir-bərpa işləri nəticəsində körpünün dayaqları və dayaqüstü tirlər istisna olmaqla, aşırım tirləri yenilənib, körpüdə yeni seysmik sütunlar quraşdırılıb, yolun hərəkət hissəsinə monolit dəmir-beton üzlük döşənib, təkərqaytaranlar düzəldilib, dəmir mühəccərlər yenilənib, körpüyə giriş hisslərdə 6 metr uzunluğunda dəmir-beton plitələr tikilib. Bundan başqa körpünün ümumi eni 9 metrdən 11 metrə çatdırılıb. Nəticədə körpünün hərəkət hissəsinin eni 8 metr olub.

 

Xatırladaq ki, cari ilin may ayının 13-də Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 3 ədəd aşırım tiri sınmışdı. Nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü və nəqliyyatın hərəkəti burda tam məhdudlaşdırılmışdı. Körpü üzərində nəqliyyatın hərəkətinin intensivliyini nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC baş vermiş hadisəyə operativ şəkildə reaksiya verərək, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün ərazidə 2 ayrı alternativ yol açaraq, körpü üzərində əsaslı təmir-bərpa işlərinə başlamışdı. İşlər Nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılırdı.

 

 

Qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. 3 aşırımdan ibarət, ümumi uzunluğu 50 metr olan körpünün hərəkət hissəsinin eni isə 7 metr idi.





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR