Lənkərandakı qəzalı körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edildi (FOTO)

Lənkərandakı qəzalı körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edildi (FOTO)
12:33 20 İyun 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Lənkəranda yerləşən qəzalı körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Nəqliyyat Nazirliyi “Azəryolservıs” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometriyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən və qəzalı vəziyətə düşmüş körpü bərpa edilərək yenidən sürücülərin ixtiyarına verilib.

Aparılmış əsaslı təmir-bərpa işləri nəticəsində körpünün dayaqları və dayaqüstü tirlər istisna olmaqla, aşırım tirləri yenilənib, körpüdə yeni seysmik sütunlar quraşdırılıb, yolun hərəkət hissəsinə monolit dəmir-beton üzlük döşənib, təkərqaytaranlar düzəldilib, dəmir mühəccərlər yenilənib, körpüyə giriş hisslərdə 6 metr uzunluğunda dəmir-beton plitələr tikilib. Bundan başqa körpünün, ümumi eni 9 metrdən 11 metrə çatdırılıb. Nəticədə körpünün hərəkət hissəsinin eni 8 metr olub.

Xatırladaq ki, cari ilin may ayının 13-də Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 3 ədəd aşırım tiri sınmışdı. Nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü və nəqliyyatın hərəkəti burda tam məhdudlaşdırılmışdı. Körpü üzərində nəqliyyatın hərəkətinin intensivliyini nəzərə alan “Azəryolservis” baş vermiş hadisəyə operativ şəkildə reaksiya verərək, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün ərazidə 2 ayrı alternativ yol açaraq, körpü üzərində əsaslı təmir-bərpa işlərinə başlamışdı.

Körpü 1961-ci ildə inşa edilib. 3 aşırımdan ibarət, ümumi uzunluğu 50 metr olan körpünün hərəkət hissəsinin eni isə 7 metr idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2408670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR