Tovuzda mağaza yarılıb

Tovuzda mağaza yarılıb
14:22 21 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Tovuzda mağazadan oğurluq edilib.

Mağazanın satıcısı səhər dükanı açan zaman qapının sındırıldığını və əksər malların yerə dağıldığını görüb. Məlum olub ki, daha çox bahalı siqaretlər və danışıq kartları oğurlanıb. Gecə Ramiz Ələsgərovun obyektinə daxil olaraq xeyli qənimət əldə edən şəxslər bir neçə gün öncə də qonşuluqda yerləşən Anar Məhərrəmova məxsus mağazaya daxil olmağa cəhd ediblər, amma onların bu cəhdi alınmayıb. Baş verən oğurluq hadisələri ilə bağlı araşdırmalara başlanılıb.                                                    

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR