Bakıda 17 yaşlı oğlan itkin düşdü (VİDEO)

Bakıda 17 yaşlı oğlan itkin düşdü (VİDEO)
12:46 20 İyun 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 17 yaşlı gənc itkin düşüb. Rasim İsrafil oğlu Cəmilov Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edərək, oğlu 1998-ci il təvəllüdlü Nurlan Rasim oğlu Cəmillinin itkin düşdüyün bildirib.

ANS PRESS-in məlumatına görə, o, bildirib ki, oğlu 31 may 2015-ci il tarixində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nurlan Cəmillinin əlamətləri: boyu 140 santimetr, gözlərinin rəngi qara, arıq bədən quruluşlu, saçlarının rəngi qara, xüsusi əlamətləri yoxdur.

Nurlan Cəmillinin yerini bilənlərdən və onun haqqında məlumatı olan şəxslərin Xəzər rayon Polis İdarəsi və 2-ci polis bölməsinə müraciət etmələri xahiş olunur.

Həmçinin Nurlan Cəmilli haqda hər hansı məlumatı olanlar bu barədə 012-453-02-02 şəhər nömrəsinə zəng edərək məlumat verə bilərlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=352062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR