Xəzər Universitetinin prorektoru Belçikada ezamiyyətdə olub

Xəzər Universitetinin prorektoru Belçikada ezamiyyətdə olub
12:03 20 İyun 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Xəzər Universitetinin xarici əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov Belçikanın Gent Universitetində və Avropa Komissiyasında tələbələrin mübadilə proqramlarında iştirakları məsələlərinə həsr edilmiş görüşlərdə iştirak edib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, F.Əsədov Gent Universitetində Avropa qonşuluğu ölkələrinin nümayəndələri ilə birlikdə həmin ali məktəbin beynəlxalq proqramlar təcrübəsi ilə tanışlıq tədbirlərinə qatılıb. Brüsseldə bir sıra görüşlər nəticəsində prorektor tələbələrin mübadilə səfərləri ilə əlaqədar yeni siyasət və yeni şərtlərlə tanış olub.
Avropa universitetləri ilə əməkdaşlıq imkanları və yeni vəzifələr barədə məlumatların universitet rəhbərliyinə və işçilərinə çatdırılması nəzərdə tutulub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_Universitetinin_prorektoru_Belchikada_ezamiyyetde_olub-865575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR