Alimlərdən sensasiyalı xəbərdarlıq: hamımız məhv ola bilərik - VİDEO - FOTO

Alimlərdən sensasiyalı xəbərdarlıq: hamımız məhv ola bilərik - VİDEO - FOTO
13:05 20 İyun 2015
Ölkə mətbuatı
A- A+

Dünyada canlılar 6-cı məhvolma mərhələsinə qədəm qoyublar. Bunun sonucunda bəşəriyyət də məhv ola bilər. Sonuncu kütləvi məhvolma mərhələsində dinozavrlar yoxa çıxdı. Əvvəlki 5 belə təbii kataklizm və fəlakətlərin nəticəsində isə Yerdəki canlıların 96 faizi məhv olmuşdu. İndisə insanlar çox böyük sürətlə bir bioloji növ təki yoxa çıxa bilərlər.

Milli.Az Science Advances-ə istinadən bildirir ki, dünyaca məşhur ekoloq Pol Erlixin rəhbərliyi ilə ABŞ-dakı Stenford Universitetinin bir qrup aliminin apardığı araşdırmanın nəticələri belədir.
Alimlər onurğalı heyvanların əvvəlki bitki və canlıların məhvolma mərhələlərində onurğalıların yoxa çıxma sürəti ilə intensivliyini hesablayıblar, qlobal trendi nəzərə alıblar, habelə həmin mərhələlər arasındakı nisbətən "sakit" dövrləri də hesablayıblar.

Bioloqların hesablamalarına görə, "insan dövrü" adlandırılan antroposendən əvvəlki dövrlərdə hər 100 ildə dünyada o vaxtlar mövcud olmuş 10 min məməli heyvan növündən 2-si yoxa çıxıb. 20-ci əsrdə bu rəqəm 114 dəfə artıb. 1900-cı ildən bəri dünyada təqribən 470 növdə onurğalı canlı yox olub.
Başqa sözlə desək, adətən 10 min ildə məhv olan canlılar həmin dövrdə cəmi 100 ildə tükəniblər.
Son iki əsrdə canlıların nəsil tükənməsinin sürəti 66 milyon il əvvəl dinozavrlar, dəniz kərtənkələləri və pterozavrların məhv olduğu zamanlardakı intensivliyə yaxınlaşmaqdadır.

Pol Erlixin dediyinə görə, o, bilərəkdən ən mülayim, mühafizəkar hesablamalardan istifadə edib: "Alarmizm, əsassız təlaş və əsəbləri gərməkdə suçlanmamaq üçün "dinc" zamanlarda canlıların tükənmə intensivliyinin maksimal səviyyəsi ilə indiki dövrdə canlıların tükənməsinin minimal sürətindən yararlanmışam".

Mexikodakı Muxtar Universitetinin professoru, araşdırmanın müəlliflərindən biri Gerardo Seballos isə vurğulayıb ki, indi başlanmış 6-cı məhvolma mərhələsinin səbəbkarı insandır.
"Suda-quruda yaşayan canlı növlərinin təqribən 40 faizi, məmələrin isə 25 faizi məhv olma təhlükəsi ilə üzləşib. Problemi birdəfəlik həll etmək üçün çox gecdir", - G.Seballos deyib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR