İrlandiyalı boksçu Keti Teylor: Bakıda tarix yazmaq üçün gözəl imkan var

İrlandiyalı boksçu Keti Teylor: Bakıda tarix yazmaq üçün gözəl imkan var
13:08 20 İyun 2015
62 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Dünyaca məşhur qadın boksçu irlandiyalı Keti Teylor birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda rinqə çıxmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, İrlandiyanın “irishtimes.com” xəbər portalına müsahibəsində Keti Teylor Bakıda tarix yazmaq üçün gözəl imkanın olduğunu vurğulayaraq deyib: “Biz hamımız qızıl medal qazanmaq üçün Bakıdayıq. Lakin sadəcə bir nəfər buna nail olacaq və istəyirəm ki, bu şəxs mən olum. Bütün zamanların ən yaxşı qadın boksçusu adına iddialıyam”.
Beşqat dünya çempionu, 6 dəfə Avropa çempionatının qalibi olan K.Teylor “London-2012” Yay Olimpiya Oyunlarında da rəqib tanımayaraq qızıl medala sahib çıxıb. 28 yaşlı dəri əlcək sahibinin karyerasını müxtəlif turnirlərin 17 çempionluq titulu bəzəyir və bu göstərici onu qadın boksunun ən uğurlu idmançısına çevirib. Avropanın idman tarixində ilk dəfə keçiriləcək Oyunlarda da qızıl medal qazanmaqla irlandiyalı boksçu bir daha ən güclü olduğunu sübut etmək niyyətindədir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının beynəlxalq atlet elçisi Keti Teylor açılış mərasimində İrlandiya komandasının bayraqdarı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Irlandiyali_bokschu_Keti_Teylor_Bakida_tarix_yazmaq_uchun_gozel_imkan_var-865578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR