Avropa Oyunlarının “Azərspace 1” ilə yayımlanması Azərbaycanın telekommunikasiya rabitə mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir

Avropa Oyunlarının “Azərspace 1” ilə yayımlanması Azərbaycanın telekommunikasiya rabitə mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir
13:13 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, Xatirə Cəfərova, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin turizm potensialının nümayişi üçün çox əhəmiyyətlidir. Bunun digər xüsusi əhəmiyyəti isə Avropa Oyunlarının məhz “Azərkosmos” tərəfindən idarə edilən milli telekommunikasiya peyki - “Azərspace 1” ilə yayımlanmasıdır. Bu, Azərbaycanın yalnız sosial və iqtisadi sahədə inkişafına deyil, həm də regional və telekommunikasiya rabitə mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının “Azərspace 1” ilə yayımlanması, eyni zamanda Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edən milli peykimizin yerləşdiyi 46° şərq uzunluğu orbital mövqeyində daha da populyarlaşmasına imkan verəcək. Çünki 74 beynəlxalq yayım mərkəzinin bu günlər ərzində bütün antenalarını “Azərspace 1” peykinin yerləşdiyi orbital mövqeyə tuşlayıblar və bu, milli peykimizin mövqeyinin və xidmətlərinin populyarlaşmasına imkan yaradır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Oyunlarinin_Azerspace_1_ile_yayimlanmasi_Azerbaycanin_telekommunikasiya_rabite_merkezlerinden_birine_chevrildiyinin_gostericisidir-865580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR