x
Loading...
.

Sabah bu yollar bağlı olacaq (SİYAHI, VİDEO)

Sabah bu yollar bağlı olacaq (SİYAHI, VİDEO)
12:21 20 İyun 2015
145 Digər
Ölkə mətbuatı
A- A+
.

Bu gün səhər saatlarından etibarən keçirilən velosiped yarışları ilə əlaqədar olaraq paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində maşınların hərəkətinə qadağa qoyulub.

ANS TV-nin məlumatına görə, bu gün axşam saat 21:00-a qədər paytaxtın Azadlıq meydanından başlayaraq Zərifə Əliyeva, Rəsul Rza, Vəli Məmmədov, Əziz Əliyev, Gənclər meydanı, İçərişəhər, Kiçik Qala, İstiqlaliyyət, Şeyx Şamil, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Hüseyn Cavid, Landau, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Bülbül, Üzeyir Hacıbəyov küçələri, Neftçilər, Parlament, İnşaatçılar prospekti nəqliyyatın zərəkəti üçün bağlı olacaq.

Sabah isə 15:30-dan 21:00-a qədər nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi təhlükəsizliyin təmin edilməsi məqsədilə adıçəkilən yollarda şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyyə edir. Sürücülərə isə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar Dairəvi yolla Badamdar, Yasamal və yaxud 20 Yanvar istiqamətində, həmçinin metronun “Gənclik”, “Nərimanov” stansiyaları, Fətəli xan Xoyski, Koroğlu Rəhimov, Babək və s. küçələrlə hərəkəti davam etdirmək tövsiyə edilir. Yol polisi qeyd edilən ünvanlar üzrə yaşayan vətəndaşlardan və avtomobil sahiblərindən vəziyyəti nəzərə alaraq şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi xahiş edir.

Yollarda qoyulan qadağa ilə əlaqədar olaraq həmçinin 6 ekspress avtobus marşrutlarında da müəyyən dəyişikliklər edilib.

Ekspres avtobuslar oyunlar keçirilən müddətdə 28 May və Elmlər Akademiyası metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər. Sərnişinlərə Azneft dairəsinə yaxın olan İçərişəhər metro stansiyasından istifadə etmələri tövsiyyə olunur.

Ekspres avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-adək yeni qaydada olacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=352071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR