Xoşqədəmdən ağır sözlər: "Bəlkə nə vaxtsa atam onun anası ilə görüşüb" - FOTO

Xoşqədəmdən ağır sözlər: "Bəlkə nə vaxtsa atam onun anası ilə görüşüb" - FOTO
13:22 20 İyun 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı onun adına saxta profillərin açılmasından şikayətlənib.

"Dostlar, daha bir nəfər mənim adımdan saxta profil açıb. Vallah, dəhşətə gəlirəm. Bu qədər də saxtakarlıq olar? Adam da atasından, öz adından imtina edər? Bəlkə nə vaxtsa atam onun anası ilə görüşüb".

Milli.Az xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı özünün Facebook profilində yazıb. O, saxta profillədən birinin ekran çəkimini paylaşaraq qeyd edib ki, bu saxta profilin sahibi onun atasının adını çəkməklə, anasının nə yuvanın quşu olduğunu göstərir.

"Artıq məcburam ki, bu səviyyəsizlərin dilində danışım. Axı nə qədər adıma saxta profil açılar? Müəyyən həddə çatanda, dostluqda kifayət qədər insan olanda artıq ad dəyişilir və məlum olur ki, mənim adıma səhifə açan kişiymiş. Nə deyəsən??? Amma mən yazıq hər zaman adını kişi qoyanlarla savaşmışam. Bu günə qədər bir qadınla üz-üzə gəlməmişəm. Bu günə qədər bir qadın haqqımı tapdalamadı, mənə xəyanət etmədi, satmadı. Söhbət yaxşılıq etdiklərimdən, əl tutduqlarımdan gedir", - aparıcı əlavə edib.

Xoşqədəm Hidayətqızı dostlarından xahiş edib ki, həmin saxta profilin bağlanması üçün şikayət etsin.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/351619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR