x
Loading...
.

“Bakı-2015”: Taekvondoçu Radik İsayev mükafatlandırılıb

12:22 20 İyun 2015
38 İdman
Ölkə mətbuatı
A- A+
.

[ 20 İyun 2015 13:20 ]

Bakı-APA. Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Bakı-2015” I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və Olimpiya çempionu Nazim Hüseynovun iştirak etdiyi görüşə yarışın VIII günündə qızıl medal qazanan taekvondoçu Radik İsayev (+80 kq)  qatılıb.

 

O, MOK rəsmiləri tərəfindən mükafatlandırılıb.

 

Çingiz Hüseynzadə idmançımızı təbrik edib və Azərbaycanın qazandığı medal sayından məmnun qaldıqlarını deyib.

 

Daha sonra R.İsayev xüsusi şərəf lövhəsinə imza atıb və ona hədiyyə təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR