Bakıda 17 yaşlı gənc itkin düşdü - FOTO

Bakıda 17 yaşlı gənc itkin düşdü - FOTO
13:27 20 İyun 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 17 yaşlı gənc itkin düşüb.

Report-un məlumatına görə, Cəmilov Rasim İsrafil oğlu Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsinə (PB) müraciət edərək oğlu - 1998-ci il təvəllüdlü Cəmilli Nurlan Rasim oğlunun bu il mayın 31-də yaşadıqları evdən getdiyini və bir daha geri qayıtmadığını bildirib.

N.Cəmillinin ədamətləri: boyu 140 santimetr, gözlərinin rəngi qara, arıq bədən quruluşlu, saçlarının rəngi qara, xüsusi əlamətləri yoxdur. N.Cəmillinin yerini bilən və ya onun haqqında məlumatı olan şəxslərdən Xəzər RPİ və 2-ci PB-yə müraciət etmələri xahiş olunur. Həmçinin N.Cəmillini görən şəxslər bu barədə 012-453-02-02 telefon nömrəsinə zəng edərək məlumat verə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/351613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR