x
Loading...
.

Cəlilabad sakininin həyətindən çətənə kolları aşkarlanıb

12:32 20 İyun 2015
126 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 20 İyun 2015 13:30 ]


Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həyətyanı sahəsində çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, əməliyyat rayon sakini Suleyman Babayevə məxsus  həyətdə aparılıb. Nəticədə adı çəkilən şəxsə məxsus aqrotexniki qaydada qulluq edilən 19 ədəd çətənə kolu aşkarlanıb. Polis əməkdaşları kolları məhv ediblər.

 

S.Babayev isə istintaqa cəlb olunub.
 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR