Günay İbrahimli filmə çəkilir

Günay İbrahimli filmə çəkilir
12:42 20 İyun 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimli aktrisalıq edəcək. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Star life" verilişinə açıqlamasında xəbər verib:

"Bir filmdə baş rola dəvət almışam. Gözəl ssenarisi var. Məni aktrisa kimi izləyə biləcəksiniz. Bu təklifi dəyərləndirirəm. Tərəf müqabilimin kimliyini hələ bilmirəm. Deyilənə görə mənim aktrisalıq bacarığım var.

Özümə güvənirəm. Çəkilsəm, tamaşaçılar məndən razı qalacaq. Hər janrda filmi sevirəm. Ən çox isə sevgidən bəhs edənlərini xoşlayıram".

G.İbrahimli özünü başqa peşədə görmədiyini bildirib:

"Kliplərdə rejissora hansısa bir fikrimi bildirirəm. Amma nə vaxtsa özümü rejissor kimi sınamağı düşünmürəm. İnsan bir sahədə çalışmalıdır. Rejissorluq etməkdənsə, müğənnilik sahəsində yerimi bərkitməliyəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/351620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR