Yevlaxda arpa biçini başa çatıb

Yevlaxda arpa biçini başa çatıb
13:43 20 İyun 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Yevlax, 20 iyun, AZƏRTAC
Yevlax rayonunun fermerləri və torpaq mülkiyyətçiləri arpa biçinini başa çatdırıblar.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, zəmilərdən 14 min 295 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 25,8 sentner olub.
Rayonda buğda biçini də uğurla davam edir. Belə ki, bu günədək 300 hektarda biçin aparılıb, 858 ton məhsul tədarük edilib. Buğda zəmilərinin məhsuldarlığı hər hektardan orta hesabla 28,6 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 10 min 10 hekratda taxıl, o cümlədən 4469 hektarda buğda, 5541 hektarda arpa becərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yevlaxda_arpa_bichini_basa_chatib-865600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR