""Avtoşluq" etməyi də bacarıram. Sürətpərəstəm" - FOTO

""Avtoşluq" etməyi də bacarıram. Sürətpərəstəm" - FOTO
12:57 20 İyun 2015
484 Digər
Ölkə mətbuatı
A- A+

Aktrisa Pərvin Abıyeva yeni avtomobil alıb. 

O, "Porsche" markalı maşını ilə axşam.az fotokamerası qarşısına keçib. 

Aktrisa açıqlamasında sürücülük qabiliyyətindən bəhs edib: 

"Bu, mənim ikinci avtomobilimdir. 15 yaşından avtomobil idarə etməyi bacarıram. Bu günə kimi sürmədiyim maşın qalmayıb. Özü də, ilk olaraq mexanikadan başlamışam. Ona görə də, özümü professional sürücü adlandırıram. Hər bir çətin məqamdan çıxmağı bacarıram. Bundan əvvəl sürdüyüm maşın "Hyundai SantaFe" olub. Onu yolları rahat öyrənmək üçün almışdım. Əvvəldən dəyərli maşınlara həvəsim olub. Mən özümü sükan arxasında qadın kimi yox, kişi kimi görürəm. "Avtoşluq" etməyi də bacarıram. Sürətpərəstəm. Ona görə də, evdəkilər böyük motorlu maşın almağa icazə vermirlər. Hazırkı avtomobilimdə motor 3,6-dır, bunu dava-qırğın ilə almışam. Mən evə gedib çatana kimi anam əlləri göydə Allaha dua edir ki, qız evə sağ-salamat gəlib çıxsın.

Yeni maşınımı Almaniyadan gətirtmişəm. Kreditlə alınmayıb. Böyük bir hissəsini nağd ödəmişəm. Qalan borcumu isə tezliklə qurtaracam. Bahalı maşın sürəndə insanlar başqa cür düşünürlər. Deyirlər, "daydayısı", "sevgilisi" var. Adamları qınamıram, çünki şou-biznesdə çoxları kiminsə hesabına yaşayır. İlk növbədə, mənim atam, anam var. Pulun içində böyümüşəm. Düzdür, bizim də imkansız vaxtlarımız olub. İkincisi isə özüm gecə-gündüz çalışıram. Deyirlər, aktrisa nə maaş alır? Mən teatrda çalışmıram ki, 100-150 manat qazanım. Bu gün aktisalar arasında ən bahalısıyam. İstədiyim qonorarı almayana qədər filmdə çəkilmirəm. Aktrisalıq əxlaqsızlıq deyil. Bu sənəti sevirəm, ona görə də çalışıram". 

P.Abıyeva yol hərəkəti qaydalarına riayət etdiyini deyib:
 
"DYP-lərin hörmətini saxlayıram. Təhlükəsizlik kəməri taxa bilmirəm, ürəyim sıxılır, tənginəfəs oluram. Qapalı yerdə qala bilmirəm. Kəmər taxmaq da mənim üçün qapalı yerdə qalmağa bərabərdir. O qədər cərimə ödəmişəm ki... Sonuncu cəriməm 80 manat idi. Sürücülük vəsiqəmə 3 bal yazılmışdı. Bu günə kimi 13 bal almışam".
Aktrisa xəyalındakı avtomobilin "Range Rover" olduğunu bildirib:
 
"Xəyalımda olan maşın "Porsche" deyildi. Bunun rəngini sevirəm. Bir şeydən tez bezirəm. Bilirəm ki, bu avtomobili də iki ildən artıq sürə bilməyəcəm".

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/351624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR